"Qalatasaray"da Avropa oyunu öncəsi ciddi itki
14.02.2024 - 22:23
"Qalatasaray" Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Praqa "Sparta"sı ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi matça bir itki ilə çıxacaq. Hakim Ziyeş zədə səbəbindən komandaya kömək edə bilməyəcək. Bu barədə "sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk məlumat verib.
Mərakeşli futbolçu Afrika Millətlər Kubokunda zədələnib.
Qeyd edək ki, "Qalatasaray" - "Sparta" qarşılaşması sabah Bakı vaxtilə saat 21:45-də baş tutacaq.
- "Araz-Naxçıvan" Ərzurumda 2 yoxlama oyunu keçirəcək
- FIBA-nın baş katibi Andreas Zaqklis Azərbaycanda
- Qurban Qurbanov: "Son dəqiqəyə qədər danışıqlar davam edəcək"
- Vinisiusa qarşı irqçilik edən 4 nəfər saxlanılıb
- Azərbaycan və Polşa Milli Antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb
0
0