Misli Premyer Liqasının XV turunun "Qarabağ" – "Araz-Naxçıvan" oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.
Apasport.az xəbər verir ki, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.
Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunub. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.
1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/2002 və 2019/2020 mövsümləri yarımçıq dayandırılıb.
Qeyd edək ki, cari mövsümdə 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.
- De Xea uzun müddət sonra ilk matçına çıxa bilər
- "Əslinə qalsa, bu qədər erkən çempionluğu gözləmirdim" - Juninyo
- Azərbaycanlı supervayzer Çempionlar Liqasına təyinat aldı
- Salah: "Enfild"də qol vurmağın necə bir hiss olduğunu heç vaxt unutmayacağam"
- Qurban Qurbanov: "İlk hissədə xeyli çətinliklər yaşadıq"