“Qarabağ” Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi olub
16.06.2025 - 15:25

"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçirilən “Sozopol Cup 2025” turnirinin qalibi olub.
Apasport.az xəbər verir ki, komanda bu gün keçirilən həlledici matçda “Burqas”la qarşılaşıb.
Rəqib qapısından 2 cavabsız top keçirən "Qarabağ"ın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahim fərqləniblər. Beləliklə komanda turnirin kubokuna sahib çıxıb.
Qeyd edək ki, qrup mərhələsinin 5 oyununda 10 xal toplayan Ağdam klubu yarımfinalda “Levski”ni penaltilər seriyasında məğlub edib – 0:0 (4:3-p.).
0
0