Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – "Linkoln" matçının hakimləri dəyişdirilib.
Apasport.az xəbər verir ki, iyulun 30-da keçiriləcək qarşılaşmaya öncədən ukraynalı hakimlər təyinat alsa da, matçı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək.
Matçın baş hakimi Yakob Sundberq olacaq. Ona Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae onun köməkçisi olacaq.
Qeyd edək ki, iyulun 30-da Tofiq Bərhamov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
- Ukrayna tarixinin “11-liy”i: “Neftçi” və “Şamaxı”nın sabiq baş məşqçiləri də heyətdə
- Makkolumdan 45 xal, "Pelikans"dan möhtəşəm geridönüş - VİDEO
- "Qarabağ" – "Şelburn" qarşılaşması bu kanalda
- “Sabah”ın legioneri İsrafilovun yanına yollanır - ÖZƏL
- Sərhat Taşdemir: “Azərbaycan klubları ilə bağlı söz-söhbətlər olsa da...”