“Qarabağ” və “Neftçi”nin legionerləri milliyə çağırılıb
                    
                    08.10.2024 - 09:19
                        
                    
                    “Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi oktyabrın 11-də Türkiyə, 14-də isə Uels ilə oyunlar üçün yığmaya çağırılıb.
“Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç da Monteneqro millisinə çağırılıb.
“Qarabağ”ın digər monteneqrolu futbolçusu Marko Veşoviç isə heyətdən kənarda qalıb.
                                
                                0
                                
                                0