“Qarabağ”ın Avropa Liqasının HİK-lə oyunu üçün səfər proqramı bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Azərbaycan çempionu III təsnifat mərhələsinin cavab oyununa avqustun 16-da yollanacaq. Qurban Qurbanov və komandası saat 11:00-da Finlandiyaya yola düşəcək.
Baş məşqçinin mətbuat konfransı həmin gün Bakı vaxtı ilə 20:15 başlayacaq. Media nümayəndələrinə nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq 20:30-da təşkil start götürəcək. Məşq matçın oynanılacağı “Bolt Arena”da baş tutacaq.
Qeyd edək ki, HİK – “Qarabağ” matçı avqustun 17-də keçiriləcək.
- Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib
- Qurban Qurbanov: “Şahruddinin sabah oynamaq şansı çoxdur” - MÜSAHİBƏ
- Okan Buruk: “Hədəfim ardıcıl 4-cü dəfə çempion olmaqdır”
- Şenol Günəş Emre Belözoğlunun ulduzunu alır: "Trabzonspor"a sürpriz hücumçu
- Messidən milli karyerasına davam?