“Qarabağ”ın icarəyə verdiyi futbolçu oyuna çıxmaqdan imtina etdi - EKSKLÜZİV
24.12.2025 - 17:00
“Qarabağ”ın futbolçusu matça çıxmaqdan imtina edib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, icarə əsasında “Zaqatala”da forma geyinən Amin Ramazanov oyuna çıxmayıb.
O, I Liqanın XII turunun “Baku Sportinq”lə görüşü üçün Buzovna qəsəbəsinə yollansa da, son anda fikrini dəyişib.
Qolkiper meydançanın vəziyyətini gördükdən sonra oyuna çıxmamağa qərar verib.
Nəticədə Ramazanov komanda ilə məşqə çıxmayıb.
Hətta o, “Zaqatala”nın matçını da izləməyib. Məşq zamanı stadionu tərk edib.
Qeyd edək ki, oyun “Baku Sportinq”in qələbəsi ilə nəticələnib - 2:1.

- “Qarabağ”ın hücumçusu klubdan ayrıldı
- Azarkeşləri "Mingəçevir"i ziyana saldı, Qusarda həkim hakimi təhqir etdi - Cəzalar
- Elxan Abdullayev: “Matçın əvvəlində bir neçə səhvə yol verdik”
- “Qarabağ” "Sabah" matçında qalib müəyyənləşmədi - YENİLƏNİB
- AL: “Yunayted” səfərdə, “Tottenhem” evdə qələbə qazandı - YENİLƏNİB
0
0