“Qarabağ”ın rəqibi PSJ-dən futbolçu transfer etdi
29.01.2024 - 18:57
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Portuqaliyanın “Braqa” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Braqa təmsilçisi Fransanın PSJ komandasından Şer Nduru transfer edib.
İtaliyalı yarımmüdafiəçi bu mövsümün sonunadək icarəyə götürülüb. O, yeni komandasında “10” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
- Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib
- Milli Olimpiya Komitəsinin rəsmiləri WAKO ilə görüş keçirib - FOTO
- Çempionlar Liqası: PSJ evdə, "Tottenhem" səfərdə məğlub oldu
- Rahid Əmirquliyev: "Qarabağ”a qarşı bunu etmək mümkündür" - MÜSAHİBƏ
- AFFA İntizam Komitəsinin iclası keçirilib
0
0