“Qəbələ”də yeni müdafiəçi
04.07.2025 - 23:29
Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Apasport.az xəbər verir ki, qanalı mərkəz müdafiəçisi İsaak Amoah “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub. O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandaları, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon Siedlse” klublarında çıxış edib.
- "Qarabağ" avrokuboklarda 200-cü oyununu keçirib və 250-ci qolunu vurub
- Millimizin Slovakiya ilə oyunda kapitanı o olacaq
- Azərbaycan Basketbol Federasiyası məşqçilər üçün nəzəri və praktiki seminar təşkil edib
- Millimiz üç pillə gerilədi – FİFA reytinqi
- Sergen Yalçından etiraf - “Levandovskini istəmədim”
0
0