“Qəbələ”nin 2023/24 mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Misli Premyer Liqasının XVIII turunun dekabrın 22-də keçirilən “Sabah”la oyunundan (1:0) sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2024-cü il yanvarın 4-də Qəbələdə bir araya gələcək. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışı müddətində iki yoxlama oyununda qüvvəsini sınayacaq.
“Qəbələ” yanvarın 10-da “Kəpəz”lə üz-üzə gələcək. Komandamız 5 gün sonra “Qəbələ-2” ilə qarşılaşacaq. Hər iki oyun Qəbələdə olacaq. Matçların başlama hələ dəqiqləşməyib.
Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək XIX turun oyunları ilə start veriləcək.
- Haland: “Məni fahişə adlandırdı və ayaqlarımı sındıracağını dedi”
- Milli tarixinin ən yaxşı 10 yarımmüdafiəçisi
- Dursun Özbekdən söz: "Liverpul"u keçin, bu qədər pul verəcəm"
- "Qarabağ"la matçda qələbə qazansalar, yüksək məbləğdə mükafat alacaqlar
- Dağ velosipedi üzrə ölkə çempionatına yekun vurulub - FOTO