Ronaldonun komandası Entonini istəyir
08.08.2024 - 22:16
Səudiyyə Ərəbistanının “Əl Nəssr” klubu “Mançester Yunayted”in ulduzu ilə maraqlanır.
Apasport.az xəbər verir ki, bu dəfə Entoni ərəblərin diqqət mərkəzinə düşüb.
Kriştiano Ronaldonun da formasını geyindiyi klub “Barselona”dan Rafinya ilə maraqlanırdı, lakin indi əsas hədəf portuqaliyalı ulduzun keçmiş komanda yoldaşıdır.
Entoni 2022-ci ildə 85 milyon sterlinqə “qırmızı şeytanların” heyətinə qoşulmuşdu.
Qeyd edək ki, 24 yaşlı braziliyalı İngiltərə klubunun heyətində 82 oyun keçirib, 16 qol vurub.
- II Liqa: "Qaradağ-Lökbatan" səfərdə minimal hesabla qazandı
- Sənan Abdullayev: "Bu mövsüm də heç bir sponsorla anlaşa bilməmişik"
- "Qarabağ" “Napoli” ilə oyundan öncə azarkeşlərinə müraciət edib
- Rəşad Sadıqov: "Çalışdıq ki, oyunboyu ona dəstək olaq, çox təzyiq göstərməyək"
- Millimiz Albaniya yığması ilə qarşılaşacaq
0
0