Qriqorçuk milli üzvünün "Neftçi"də qalmasını istəyir
04.07.2024 - 16:00

Bu yay “Neftçi”dən ayrılacağı gözlənilən Höccət Haqverdi böyük ehtimalla komandada qalacaq.
Apasport.az saytına verilən məlumata görə, Roman Qriqorçukun gəlişindən sonra onun komandada qalmaq ehtimalı yüksəlib. Hətta müdafiəçiya yeni bir illik müqavilə təklif olunub.
Əgər tərəflər arasında maliyyə sarıdan da razılıq olarsa, Haqverdi yeni sezona da “Neftçi”də başlayacaq.
Qeyd edək ki, Höccət ötən mövsüm "ağ-qaralar"ın heyətində 28 oyunda iştirak edib.
- Kazanda keçirilən beynəlxalq multi-idman oyunlarının açılış mərasimi keçirilib
- Paris-2024: Boksçumuz final görüşünə çıxacaq - günün proqramı
- Yusif Nəbiyev: "Yığmanın bu durumunda bütün azərbaycanlı futbolçuların günahı var"
- “Mançester Yunayted” Niderlanddan vinger tapdı
- “Bavariya” üçün universal müdafiəçi
0
0