
"Sabah"ın futbolçusu Cesse Sekidika Konfrans Liqası II təsnifat mərhələsinin "Makkabi" ilə cavab oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
Apasport.az nigeriyalı vingerin fikirlərini diqqətinizə çatdırır:
- Baş məşqçi hər şeyi dedi. Səfərdə 3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, bizim üçün sabah çox çətin olacaq. Rəqibimiz mərhələni keçmək üçün əlindən gələni edəcək. "Makkabi" çox yaxşı komandadır. Amma biz də yaxşı komandayıq. Bilirik ki, rəqibə qarşı necə oynamaq lazımdır. İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq.
- Avrokuboklar üçün şəxsi hədəfin nədir?
- Hamımızın hədəfi qrup mərhələsində olmaqdır. Mənim vəzifəm qol vurmaq, assistlər etməkdir. Amma hər şeydən əvvəl komandanın uğurlu olmasıdır.
- ACF hakim olmaq istəyənlər üçün seminar keçirib
- AAF-nin vitse-prezidenti Avropa Ağırlıqqaldırma Federasiyasının xüsusi Konqresində iştirak edib
- Mirmehdi Rzayev: “Dünyanın ən güclüsü adını qazanacağıq” - MÜSAHİBƏ
- Premyer Liqada ayın ən yaxşı qolu açıqlanıb
- Qurban Qurbanov: "Juninyonun transferi Azərbaycan futbolu üçün önəmli hadisə olacaq"