"Sumqayıt"ın rəqibi Türkiyə klubu ilə üz-üzə gələcək
15.07.2024 - 23:53
"Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi "Fehervar"ın hazırlıq mərhələsindəki son rəqibinin adı dəqiqləşib.
Apasport.az xəbər verir ki, Macarıstan təmsilçisi "Göztəpə" ilə qarşılaşacaq.
Oyun iyulun 17-də Sloveniyada baş tutacaq. Bu, "Fehervar"ın mövsümlərarası fasilədə 5-ci yoxlama oyunu olacaq. Komanda bundan əvvəl keçirdiyi 4 görüşdə qələbə qazanıb.
Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab matçı isə ayın 31-də Macarıstanda baş tutacaq.
- “Araz-Naxçıvan”ın kapitanı: “100-cü oyunumu keçirdiyimi bu gün dostlarımdan öyrəndim”
- Messi, Ronaldo, yoxsa Lamin Yamal... - "Ən yaxşı" futbolçu kimdir?
- Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı - FOTO - VİDEO
- AMADA bu il idmançılardan 1300 antidopinq testi götürüb
- “Zirə” "Qəbələ"ni məğlub edib - YENİLƏNİB
0
0