Taekvondoçularımız Prezident kubokunda 2 medal qazanıb
19.02.2024 - 11:31
İranın paytaxtı Tehranda keçirilən Dünya Taekvondosunun Prezidentinin kuboku başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi G2 kateqoriyalı yarışda 2 medala sahib olub.
Millinin heyətində Taleh Süleymanov (87 kq) gümüş medala yiyələnib. Ələskər Əliyev (74 kq) isə turniri bürünc mükafatla bitirib.
Qeyd edək ki, analoji yarış fevralın 20-da parataekvondoçular arasında keçiriləcək və Azərbaycan millisi də kubokda mübarizə aparacaq.
- "Atletiko"nun gözü "Siti"nin ulduzunda
- Rəşad Sadıqov: “Oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur”
- Emin Mahmudov: “Psixoloji cəhətdən problem yaşayırdıq”
- Portuqaliya millisinin üzvü Türkiyə nəhənglərinin radarında
- Qurban Qurbanov və Miodraq Bojoviç dünya reytinqində irəlilədi
0
0