Klubumuzun prezidenti Tahir Gözel Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Anar İmanovla görüşüb.
Apasport.az xəbər verir ki, Anar İmanovun dəvəti ilə gerçəkləşən görüş Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçı ərəfəsində təşkil olunub.
Klubumuzun Xorvatiya səfərində də komandamızı tək qoymayan Tahir Gözel səfirə səmimi dəvətə və qəbula görə təşəkkür edib.
Görüş zamanı “Qarabağ”ın uğurları, klubumuzun artıq bir brendə çevrilməsi və bütün dünyanın komandamızla, onun tarixi ilə maraqlanması barədə danışılıb. Anar İmanov komandamıza uğurlar arzulayıb və oyunu stadiondan izləyəcəyini bildirib.
Qeyd edək ki, “Dinamo” – “Qarabağ” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Niderland çempionatının qalibi müəyyənləşdi
- Ölkə çempionatı: Sərbəst güləş üzrə ilk finalçılar bəlli olub
- Avropa nəhəngləri İkardiyə NAMİZƏDDİR
- “Çelsi”dən 27 milyonluq transfer
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB