Qrosmeysterimiz Teymur Rəcəbov daha bir beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Apasport.az xəbər verir ki, o, Rusiyanın paytaxtı Moskvada keçiriləcək sürətli şahmat üzrə III beynəlxalq “Chess Stars 3.0” turnirində iştirak edəcək.
Dekabrın 14-də başlayacaq yarış 6 gün davam edəcək. Təmsilçimizin rəqibləri arasında vitse-dünya çempionu Sergey Karyakin, Aleksandr Qrişuk, Vladislav Artemyev, Yevgeni Tomaşevski, Ernesto İnarkiyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya) və Raunak Sadhvani (Hindistan) də olacaq.
Qeyd edək ki, ümumi mükafat fondu 15 000 000 rubl (təxminən 300 000 AZN) təşkil edən turnirin açılış mərasimi dekabrın 13-də baş tutacaq.
- Messiyə eşq təklif etdi, 22 illik həyat yoldaşı sakit qarşıladı - FOTO
- Azərbaycandan Millətlər Liqasında ilk qələbə - YENİLƏNİB
- Azərbaycan Kubokunda 18 ildən sonra ilk: Tarixdə 3-cü dəfə
- Ülvi İsgəndərov: “Daha üst pillələrdə qərarlaşmağa layiq komandayıq” - Müsahibə
- Azərbaycan atleti Afrika çempionu oldu