“Zirə” milli komandanın üzvünü heyətinə qatmaq istəyir
08.05.2024 - 14:31
“Zirə” U-21 yığmamızın üzvü Murad Vəliyevi transfer etməkdə israrlıdır.
Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi yarımmüdafiəçinin keçidini həll etmək üçün mövsümün sonunu gözləməyi məqsədəuyğun bilib.
Maraqlıdır ki, bu komanda Vəliyevi çoxdan heyətinə qatmaq istəsə də, o, fevralın 19-da “Levadiya”dan “Nomme Yunayted”ə icarəyə verilib.
Murad 2024-cü il dekabrın 31-nə qədər hazırkı klubuna məxsusdur. Amma yığma komandamızın üzvü müqaviləyə əsasən 2025-ci il dekabrın 31-nə kimi “Levadiya”nın futbolçusudur.
- Azərbaycan derbisi üçün bütün biletlər satılıb
- “Turan Tovuz” “Tottenhem”in yetirməsi ilə danışıq aparır – YALNIZ BİZDƏ
- Andrey Demçenko: “Nəticəyə görə futbolçular cərimələnəcək, rəhbərliyin göstərişidir”
- Qurban Qurbanov: "Lion" böyük klubdur, amma bizim Avropada böyük təcrübəmiz var"
- “Sabah”dan “Şamaxı”ya
0
0