"Zirə"nin rəqibi Bakıya çatıb
17.07.2024 - 13:46
"Zirə" klubunun UEFA Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) Bakıya çatıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda üzvlərinin Heydər Əliyev Hava Limanından fotoları paylaşılıb.
Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 1:0 hesablı qələbə qazanıb.
- Karvahalın zədədən qayıdacağı vaxt bəlli olub
- Rəşad Sadiqov “Xankəndi” haqda: “Komandanın adı tam təsdiqlənməyib” - MÜSAHİBƏ
- Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti oyunlar keçirilib
- "Mançester Yunayted"dən "Fənərbaxça"ya şad xəbər: Kadıköyə gələ bilməyəcək
- “Neftçi”nin “Beşiktaş”la oyununun vaxtı dəyişdirildi
0
0