
Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, 3-cü oyunlar çərçivəsində iki matç baş tutub.
“Sumqayıt”la “Sərhədçi” pley-offa vəsiqə üçün üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın taleyi son saniyələrdə həll olunub.
“Abşeron” isə NTD ilə qarşılaşıb.
Qeyd edək ki, pley-inin digər iki cütündə “Gəncə” “Lənkəran”a, “Ordu” “Quba”ya iki matçda qalib gəlib.
Azərbaycan Basketbol Liqası
Pley-in, 3-cü oyunlar
16 aprel
19:00. “Sumqayıt” – “Sərhədçi” - 94:96 (16:20, 27:20, 25:32, 26:24)
Sumqayıt OİK
Seriyada hesab – 1:2
19:00. “Abşeron” - NTD - 81:74 (19:19, 19:15, 22:21, 21:10)
Bakı İS
Seriyada hesab – 2:1