Basketbol Liqasında 3-cü yerin sahibi müəyyənləşir
15.05.2024 - 09:32
Azərbaycan Basketbol Liqasında həlledici mərhələyə start verilir.
Apasport.az xəbər verir ki, bu gün "Xırdalan" və "NTD-İndiqo" komandaları üçüncü yer uğrunda oyunda üz-üzə gələcəklər.
"Sərhədçi" İdman Mərkəzində reallaşacaq qarşılaşma saat 19:30-da start götürəcək.
Seriyanın ikinci matçı mayın 18-də baş tutacaq. İki görüşün yekununda qalib müəyyənləşməsə, üçüncü duel mayın 21-də gerçəkləşəcək.
Qeyd edək ki, sabah final seriyasının ilk oyununda "Xəzri" və "Sabah" kollektivləri qarşılaşacaqlar.
- "Qarabağ"ın legioneri klub tapmadı, geri qayıtdı
- Avropada bütün zamanların ən yaxşı futbolçularının adları açıqlanıb - Siyahı
- “Zaqatala” baş məşqçisini dəyişir: Premyer Liqa üçün
- “Beşiktaş” iki futbolçusunu heyətdən kənarlaşdırıb - SERGEN YALÇININ İSTƏYİ İLƏ
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
0
0