Mirotiç “Milan”da
30.07.2023 - 23:09
Nikola Mirotiç özünə yeni klub tapa bilib.
Apasport.az saytı xəbər verir ki, ispaniyalı basketbolçu “Milan”la anlaşıb.
“Barselona”dan ayrılan Nikola Avropanın bir çox klubları ilə danışıqlar aparıb. “Partizan”la ilkin razılıq əldə edən 32 yaşlı basketbolçu, azarkeşlərdən təhdidedici məktublar aldığına görə, qərarını dəyişmişdi. Bundan sonra “Milan”dan sərfəli təklif alan təcrübəli oyunçu iki illik müqaviləyə imza atıb. O, Milan klubunda illik 2,5 milyon avro qazanacaq.
Qeyd edək ki, Mirotiç “Olimpiakos”, “Panatinaikos” və “Monako” ilə danışıqlar aparırdı.
- DÇ: “Benfika"dan darmadağın, “Çelsi” bacarmadı - YENİLƏNİB
- Konfrans Liqası: "Zirə"nin cavab matçının baş hakimi müəyyənləşib
- Güləşçilərimiz yeniyetmə və gənclərə master-klass keçiblər
- “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı - RƏSMİ
- Azərbaycanın sərbəst güləş üzrə U-20 millisi Bursada təlim-məşq toplanışına başlayır
0
0