NBA-da çıxış edən basketbolçu 35 yaşında karyerasını bitirib
17.04.2024 - 17:51
Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan “Boston Seltiks”in üzvü Bleyk Qriffin karyerasını bitirib.
Apasport.az xəbər verir ki, 35 yaşlı basketbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, nə vaxtsa bu cür qərar verəcəyini düşünmədiyini bildirib: “Heç vaxt bunu təsəvvür etməzdim. Mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, B.Qriffin karyerası ərzində “Boston Seltiks”lə yanaşı, “Los Anceles Klippers”, “Detroit Pistons” və “Bruklin Nets” komandalarında da çıxış edib.
- Hikmət Səmədov: "Bu cür tədbirlərin keçirilməsi Azərbaycan idmanı üçün çox önəmlidir"
- Aslan Kərimov: "Qarabağ"ın bu matçda qalib gəlməsi təəccüblü olmamalıdır"
- Braziliya millisinin üzvü “Atletiko”nun radarında
- Yüksək Liqa: "Neftçi" və "Şuşa"dan qələbə
- Cüdoçularımız Böyük Dəbilqə turnirində iştirak edəcəklər
0
0