"Ümid edirəm ki, zamanla çatışmazlıqları aradan qaldıracaq və daha yaxşı oyun sərgiləyəcəyik".
Apasport.az xəbər verir ki, bunu "Neftçi” basketbol klubunun baş məşqçisi Omid Movahed Nejat deyib.
O, klubun mətbuat xidmətinə açıqlamasında NTD ilə görüşü (81:68) dəyərləndirib: "Komanda ilk hissədə həm hücum, həm də müdafiədə yaxşı oynadı. İkinci yarının başlanğıcında bir az müdafiədə və hücumda problemlər yaşadıq, top itkilərimiz oldu və rəqib komanda da çox yaxşı hücumlar təşkil etdi. Ancaq oyunun sonuna doğru yenidən nəzarəti ələ aldıq və qələbə qazandıq. Növbəti oyunumuz "Sərhədçi"yə qarşı olacaq. Sabahdan həmin görüşün hazırlıqlarına başlayacağıq".
- Rəşad Sadıqov: “Bu mövsüm məni ən çox razı salan oyunumuz idi” - VİDEO
- İbrahimoviç “Montsa”ya keçidə razılıq verdi
- Toral Bayramov: "Əsas istəyimiz Çempionlar Liqasında qruplara qalmaqdır" - Açıqlama
- "Neftçi" səfərdən qələbə ilə dönür- YENİLƏNİB
- Çexiyalı məşqçi: “O, gülləkeçirməz olduğunu “Qarabağ” önündə sübut etdi”