“Neftçi”nin “Sabah” sınağı
08.03.2025 - 09:32
“Neftçi”nin “Sabah” sınağı

Azərbaycan Basketbol Liqasında XVII tur davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə 3 matç baş tutacaq.

Bu qarşılaşmalardan ikisi A qrupunda keçiriləcək. Çempionatın lideri “Sabah” “Neftçi” ilə görüşəcək. “Sərhədçi” isə “Abşeron”la qarşılaşacaq.

B qrupunun yeganə matçında “Quba” və “Şəki” üz-üzə gələcək.

Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
XVII tur, 8 mart

A qrupu
12:30. "Sabah" – "Neftçi"

Sərhədçi İM

19:00. "Abşeron" – "Sərhədçi"
Abşeron OİK

B qrupu

16:00. "Quba" – "Şəki"
Sərhədçi İM