NTD-dən evdə inamlı qələbə
07.03.2025 - 20:56
NTD-dən evdə inamlı qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında XVII tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Yeganə qarşılaşma A qrupunda baş tutub.

NTD "Naxçıvan"la üz-üzə gəlib.

Bərabər səviyyədə keçən görüşün son periodunda meydan sahibləri üstünlüyə yiyələniblər. NTD ardıcıl ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
XVII tur
7 mart

A qrupu
19:00. NTD – "Naxçıvan" - 85:78 (21:15, 22:26, 23:24, 19:13)