Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin ikinci qrup oyunu baş tutub.
Apasport.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin qrupda ikinci rəqibi Gürcüstan seçməsi olub. Oyuna sürətli başlayan qızlarımız, rəqib üzərində 74-68 hesablı qələbə qazanıblar. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Şilan Akbingöl (19 xal, 11 ribaund) seçilib. Bu qələbə ilə qızlarımız Avropa çempionatının yarımfinalına vəsiqə qazanıblar.
Qeyd edək ki, millimizin qrupdakı son oyunu 25 iyul Bakı vaxtı ilə saat 16:30-da Ermənistan yığmasına qarşı olacaq
- Milli komandamız “Araz-Naxçıvan”a məğlub olub
- Azərbaycanın qadınlardan ibarət güləş millisi Macarıstanda təlim-məşq toplanışına başlayıb
- Çimərlik voleybolçularımız Avropa çempionatında
- Mamadu Mboc: "Samir Abasov "Neftçi"yə gəlsə, hər şey dəyişəcək" - Müsahibə
- DÇ-2022-nin ulduzları hansı avtomobildə gəzir? - FOTOLAR