“Sabah”ın baş məşqçisi: “Final seriyasına layiq oyun oldu”
06.05.2025 - 22:55
“Sabah”ın baş məşqçisi: “Final seriyasına layiq oyun oldu”

"İki gündən bir oynadığımıza görə əlavə məşqlərə vaxtımız olmur".

Apasport.az xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis "Neftçi" ilə oyundan sonra deyib.

Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasında final seriyasının 3-cü oyunda qeydə alınan 76:79 hesablı məğlubiyyəti şərh edib: "Oyuna çox pis başladıq. Hətta xal fərqinin 20-yə kimi yüksəldiyi zaman da oldu. Buna baxmayaraq faciə baş verməyib.Seriyada hesabda öndəyik. Final seriyasına layiq oyun oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Futbolda olduğu kimi burada da vurmayana vurarlar prinsipi keçərlidir".

Qeyd edək ki, "Sabah" seriyanın ilk iki matçında qələbə qazanıb.