“Beşiktaş” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi IV tur çərçivəsində Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşacaq.
Qlazqodakı “Seltik Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qarşılaşmanı almaniyalı FIFA referisi Saşa Ştegemann idarə edəcək.
“Beşiktaş” keçirdiyi 3 oyunda 7 xal toplayaraq turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. “Seltik” isə hər üç matçda məğlub olub və xalsız 35-ci sıradadır.
5 noyabr
UEFA Avropa Liqası, Liqa mərhələsi
IV tur
00:00. “Seltik” – “Beşiktaş”
Hakim: Saşa Ştegemann (Almaniya)
“Seltik Park”, Qlazqo