"Arsenal" "Mançester Yunayted"in məğlubedilməzlik seriyasını qırdı
22.01.2023 - 22:39
İngiltərə Premyer Liqasının XXI turunun mərkəzi görüşü Londonda baş tutub.
Apasport.az xəbər verir ki, turnir cədvəlinin lideri "Arsenal" 10 rəsmi oyundur məğlubedilməz olan "Mançester Yunayted"i qəbul edib.
Mançesterdəki ilk matçda 1:3 uduzmuş "Arsenal" qisasını alıb – 3:2. Bununla da "qırmızı şeytanlar"ın məğlubedilməzlik seriyası Londonda qırılıb.
Qeyd edək ki, "Arsenal" 50 xalla 1-ci, "Mançester Yunayted" 39 xalla 4-cüdür.
- Azərbaycan və Rumıniya Minifutbol Federasiyaları əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTO
- Basketbolçularımız Rusiya klubunu darmadağın edib
- "İnter Mayami"nin yeni baş məşqçisi müəyyənləşib
- “Neftçi” “Sivasspor”a məğlub oldu - YENİLƏNİB
- FİF-in icraçı direktoru: "Zaqatala"nı dayanıqlı biznes strukturuna çevirmək istəyirik"
0
0