Çempionlar Liqası matçında azarkeş öldü
07.11.2024 - 10:31
Çempionlar Liqasının Liqa mərhələsinin IV turunun “Bavariya” – “Benfika” oyununda xoşagəlməz hadisə yaşanıb.
Apasport.az xəbər verir ki, oyunun gedişi zamanı tribunada bir azarkeş vəfat edib. Bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Matçın 3-cü dəqiqəsində halı pisləşən fanat həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.
Qeyd edək ki, “Bavariya” “Benfika”nı 1:0 hesabıyla məğlub edib.
- Beynəlxalq dərəcəli hakimimiz Asiya çempionatının ən yaxşısı seçilib - FOTO
- Azər Əliyev: “Konfrans Liqasının qrup mərhələsinə düşmək istəyirik” - MÜSAHİBƏ
- Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək
- "Milan" "Fənərbaxça"nın futbolçusuna elçi düşüb
- "Vest Hem" qiyməti qaldırdı: Barış Alper üçün 30 milyon avro
0
0