“Barselona”dan müdafiəçisi ilə bağlı QƏRAR
13.04.2023 - 14:42
“Barselona” futbolçusu Erik Qarsiya ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi ilə müqavilə uzadılacaq.
Bu barədə qərar klub rəhbərliyi və baş məşqçi Xavinin qatıldığı toplantıda verilib. Mütəxəssis Erikdən təkcə müdafiəçi deyil, dayaq yarımmüdafiəçisi kimi də yararlanacağını bildirib. Məşqlərdə futbolçunu bu mövqedə sınayan Xavi ondan razı qalıb.
Qeyd edək ki, Qarsiya 2021-ci ilin yayında “Mançester Siti”dən qayıdıb. O, cari mövsümün 24 matçında 1 qol vurub.
- Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb
- 5 boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
- "Yunayted"dən transfer bombası: Braziliyalı ulduz Mançester yolunda
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır
- Luka Modriç: "Unikal hissdir"
0
0