Çempionlar Liqası: “Sabah”dan uğurlu start - YENİLƏNİB
07.07.2026 - 21:54
“Sabah” UEFA Çempionlar Liqasında bu gün ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Uelsin TNS komandası ilə qarşılaşıb.
Oyunun ilk hissəsi qolsuz keçib. Hesab ikinci yarıda açılıb. Velko Simiç fərqlənib. Çox keçmədən Kahim Parris oyunda yekun nəticəni qoyub.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 14-də Uelsdə olacaq.
UEFA Çempionlar Liqası
I Təsnifat mərhələsi, ilk oyun
7 iyul
20:00. "Sabah" – TNS (Uels) 2:0
Qollar: V. Simiç, 66, K. Parris, 84
Baş hakim: Patrik Qriskieviç(Polşa)
“Bank Respublika Arena”
- “Sabah” azarkeşlərinə şad xəbər – ÇL oyunları üçün VIP biletlər satışda
- Konfrans Liqası: "Başakşehir" Sloveniya klubuna darmadağın oldu - YENİLƏNİB
- “Sumqayıt” Şamaxıda da qələbəyə həsrət qaldı - YENİLƏNİB
- Azərbaycanın U-19 millisinin toplanış üçün heyəti açıqlanıb
- Ayxan Abbasov: “Məqsədimiz başqadır”
0
0