"Sumqayıt" ekvadorlu futbolçu ilə müqavilə imzaladı- Rəsmi
22.02.2024 - 16:51
2023/24 mövsümünün geridə qalan hissəsi üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu Cordan Rezabala ilə müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, 23 yaşlı ekvadorlu futbolçu ilə 2024-cü ilin sonunadək anlaşma əldə olunub.
Qeyd edək ki, Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib.
O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.
- Qvardiola açıqladı - YENİ İLƏ QƏDƏR OYNAMAYACAQ
- Norveç 27 ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb
- Kurban Berdıyev: "Qarabağ" Azərbaycan futbolunun "flaqman"ı sayılır"
- Millimiz beynəlxalq turnirdə 11 taekvondoçu ilə yarışacaq
- Azərbaycan millisinin sabiq futbolçuları məşqçi kursuna qatılıblar
0
0