Çempionlar Liqası: "SABAH"IN RƏQİBİ BƏLLİ OLUR - YENİLƏNİR
16.06.2026 - 10:58
Çempionlar Liqası: "SABAH"IN RƏQİBİ BƏLLİ OLUR  - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Apasport.az xəbər verir ki, tədbirdə "Sabah"ın rəqibi də bəlli olacaq.

Yığıncaq İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutacaq. Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Komandamızın potensial rəqibləri "Şemrok Rovers", TNS, "Larne", "KuPS", "Flora", "Linkoln" və "Riqa" klublarıdır..

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.