Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
22.10.2026 - 21:41
Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb

Azərbaycanın qadın FIFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

O, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq.

Fəridə Lüftəliyeva oktyabrın 25-də Uels - Lüksemburq, 31-də isə Lüksemburq - Gürcüstan qarşılaşmalarını idarə edəcək.

Bundan əlavə, referi oktyabrın 28-də Uels - Gürcüstan oyununda dördüncü hakim olacaq.

Günlürə Əkbərzadə isə hər üç oyunda köməkçi hakim funksiyasını yerinə yetirəcək.