
İspaniyanın "Sevilya" klubu dünya çempionatında Mərakeş yığmasının heyətində uğurlu oyunu ilə yadda qalan qapıçı Yassin Bonunun transferi üçün tələbləri artırıb.
Apasport.az xəbər verir ki, "Sevilya" 31 yaşlı futbolçu üçün 40 milyon avrodan çox tələb etmək niyyətindədir.
Klub həmçinin onun müqaviləsində nəzərdə tutulan 50 milyon avroluq sərbəst buraxılma maddəsinin təmin edilməsini də tələb edəcək.
Qeyd edək ki, dünya çempionatının 1/8 finalında İspaniyaya qarşı oyun zamanı Yassin Bonu qol buraxmayıb və Mərakeşin 3:0 hesabı ilə qalib gəldiyi penaltilər seriyası zamanı 2 zərbəni dəf edib.
- Sabiq qapıçı qadın aparıcının həyatını xilas edib - VİDEO
- “Real Madrid” futbolçusu üçün qiymət təyin etdi: 90 milyon avro
- AKAF-dan ölkəmizdə keçiriləcək COP29-a növbəti dəstək
- Bakıda yeni üzgüçülük hovuzunun açılış mərasimi oldu
- Premyer Liqa: "Kəpəz”dən I Liqa yolunda daha bir əmin addım - YENİLƏNİB