ABŞ-də keçirilən klublararası dünya çempionatında 1/8 finala vəsiqə qazanan 14 komanda bəlli olub.
Apasport.az xəbər verir ki,"İnter Mayami" (ABŞ), "Flamenqo, "Palmeyras", "Botafoqo", "Fluminense" (hamısı Braziliya), PSJ (Fransa), "Çelsi", "Mançester Siti" (hər ikisi İngiltərə), "Yuventus", "İnter" (hər ikisi İtaliya), "Benfika" (Portuqaliya), "Borussiya" (Dortmund), "Bavariya" (hər ikisi Almaniya) və "Monterrey" pley-offda iştirakı təmin ediblər.
Bu raunda yüksələn sonuncu iki klub H qrupunun oyunlarından sonra bəlli olacaq. "Real" (İspaniya) və “Zaltsburq”un (Avstriya) 4, "Əl-Hilal"ın (Səudiyyə Ərəbistanı) 2 xalı var. Qrup sonuncu “Paçuka"nın (Meksika) xalı yoxdur.
- AMADA-nın təşkilatçılığı ilə beynəlxalq elmi-praktik konfrans keçiriləcək
- "Arsenal"a daha bir zərbəni autsayder vurdu
- Yakub Jezniçak: “Lex” “Qarabağ”dan qorxmamalıdır”
- Olimpiada start götürdü – Azərbaycanın iki komandası qələbə ilə başladı
- Sərbəst güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayacaqlar