“Oyunçularımla fəxr edirəm, onlar son dəqiqəyə qədər hər şeyi verdilər. Bu dünya çempionatından dərs alacağıq, daha güclü geri qayıtmalıyıq".
Apasport.az xəbər verir ki, bunu Mərakeş yığmasının baş məşqçisi Valid Rakiraki deyib.
O, komandasını Qətərdə keçirilən dünya çempionatında 4-cü yeri tutması münasibətilə təbrik edib: "Bizi evdə gözləyirlər. Dünyanın ilk 4 komandasına daxil olduğumuz üçün şadıq.
Son saniyələrə qədər təslim olmadıq. Xorvatiyanı təbrik edirəm. Onlar 3-cü yerə layiq idilər, bizdən daha çox təcrübəyə malikdirlər. Amma biz çalışmağa davam edəcəyik”.
Qeyd edək ki, mərakeşlilər dünya çempionatı tarixində turnirin yarımfinalına yüksəlməyi bacaran ilk Afrika komandası olub. Əvvəllər bu qitənin komandalarının ən yaxşı nəticəsi 1/4 final mərhələsi idi.
- "Qarabağ"ın sabiq futbolçusu: “Qışdan sonra daha yaxşı "Neftçi" görə bilərik" - MÜSAHİBƏ
- Tarixdə bu gün: Argentina ilk dünya çempionluğunu qazanıb
- Anar Salmanov: "Bu vəhşilikdir, insanlıqdan kənar olan bir şeydir"
- Rauf Əliyev: "Qarabağ" Avropada niyə də finala qalmasın?!" - Müsahibə
- "Beşiktaş"da ciddi itki