
Millətlər Liqasında II tura yekun vurulur.
Apasport.az saytının məlumatına görə, bu gün turun son 4 oyunu keçiriləcək.
Bu qarşılaşmalar 2 müxtəlif liqanın qruplarında baş tutacaq. Günün ən maraqlı görüşləri A liqasının 4-cü qrupunda təşkil olunacaq. İlk turun qalibləri məğlubları ilə üz-üzə gələcək.
Yarışa böyükhesablı məğlubiyyətlə başlayan Belçika doğma arenasında Polşanı sınağa çəkəcək. Niderland isə yenicə DÇ-2022-yə vəsiqə qazanan Uelsin qonağı olacaq.
DÇ-2022-yə vəsiqə uğrunda pley-off matçları keçirən Ukrayna ilə Şotlandiya B liqasında ilk oyunlarına çıxacaqlar. Ukrayna İrlandiyanın qonağı olacaqsa, şotlandlar Ermənistanı qəbul edəcək.
A liqası, 4-cü qrup
⚽ 22:45. Belçika - Polşa
⚽ 22:45. Uels - Niderland
B liqası, 1-ci qrup
⚽ 22:45. İrlandiya - Ukrayna
⚽ 22:45. Şotlandiya – Ermənistan
- Azərbaycan Premyer Liqasında püşkatmanın vaxtı dəqiqləşdi
- Bəxtiyar Musayev: “Ona çətinlik yaradacaq komanda görmürəm” - MÜSAHİBƏ
- “Sabah”ın müdafiəçisi: “Riodan sonra Azərbaycan qorxulu deyil”
- "Formula 1"də birinci sərbəst yürüş başa çatıb - YENİLƏNİB
- Taekvondoçularımız Prezident Kubokunda 3 medal qazanıblar