Millimiz 1/8 finala vəsiqə qazandı
30.05.2026 - 17:45
Millimiz 1/8 finala vəsiqə qazandı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, millimiz Fransa seçməsi ilə qarşılaşıb.

Təmsilçilərimiz rəqibini 3:2 hesabı ilə məğlub edib.

Bununla da Azərbaycan millisi F qrupunun lideri kimi 1/8 finala yüksəlib. Komandamız burada Qazaxıstan yığması ilə qarşılaşacaq.