Minifutbol üzrə millimiz Avropa çempionatında növbəti oyununa çıxacaq
30.05.2026 - 09:54
Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, komanda F qrupunda üçüncü matçında Fransa ilə qarşılaşacaq.
Görüş “Tipos Arena”da təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.
Hazırda Azərbaycan millisi F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncü pillədə qərarlaşıb. Hər iki matçda məğlub olan Avstriyanın isə xalı yoxdur.
- Əvəzedicilərin yarışında daha 2 turun oyun cədvəli MÜƏYYƏNLƏŞDİ
- Avtomobil qəzasına düşən Ceyhun Haşımov əməliyyat olunacaq
- "Fənərbaxça" Türkiyə kubokunun yarımfinalında "Beşiktaş"ı darmadağın etdi
- La Liqa: “Real” “Selta” səfərindən 3 xalla qayıdır
- Basketbol millimiz Avropa çempionatında final oyununa çıxacaq
0
0