Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunlarının yayımında Azərbaycan təmsilçiləri də iştirak edəcəklər.
Bakı Media Mərkəzindən apasport.az-a verilən məlumata görə, qurumun əməkdaşları Fransa paytaxtındakı yarışların yayımına dəvət alıblar.
Yayım prodüseri Tahir Əliyev və yayım rejissorunun assistenti Cavidan Şərifov Paris-2024-ün çəkilişlərinə cəlb ediliblər. Beləliklə, tarixdə ilk dəfə Olimpiya Oyunlarının yayımlanmasında azərbaycanlılar da təmsil olunacaq.
Qeyd edək ki, Fransa paytaxtındakı Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.
- PSJ-nin forvardı "Milan"a keçə bilər
- Elmar Baxşıyev: “Rəqibimizin nəyə qadir olduğu haqda məlumatlı idik”
- Misli Premyer Liqasında XIII turun vaxtı dəqiqləşdi
- Mədinə Sadıqova: “Rəqibin taktikası ilə döyüşdüyüm üçün yenildim”
- Hindistanlı, qırğızıstanlı və mavritaniyalı var, azərbaycanlı yoxdur – futbolmuzun durumu