“Braziliya yığmasının birinci hissədəki çıxışı tam ürəkaçan olmadı”.
Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao Braziliya yığmasının DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Serbiya ilə keçirdiyi oyun barədə danışarkən deyib.
24 yaşlı braziliyalı orta sahə oyunçusu mundiala 2:0 hesablı qələbə ilə start götürən “sambaçılar”ın birinci hissədəki zəif çıxışını həyəcanla əlaqələndirib: “Turnirdə ilk görüş olduğu üçün futbolçularda həyəcan var idi. Bu da ilk yarıda özünü büruzə verdi. Ancaq fasilədən sonra komandamız daha istəkli idi və əzmkar oyun nümayiş etdirdi. Hər iki qol gözəl alındı. Bir braziliyalı kimi, millimizin qələbəsinə sevinirəm. İlk matçdakı həyəcanı nəzərə alsaq, komandamızın qarşıdakı görüşlərdə daha yaxşı çıxış edəcəyinə inanıram”.
Qeyd edək ki, G qrupunda qərarlaşan Braziliya ikinci oyununu noyabrın 28-də İsveçrəyə qarşı keçirəcək.
- Elvin Əliyev: “Mənə 200 min verirlər ki, oyun alqı-satqısında iştirak edim?” - OFSAYD
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Millimizin Türkiyəyə qarşı keçirəcəyi oyunların hakimləri açıqlanıb
- Günün oyunları bu kanallarda
- “Sərhədçi” 3 basketbolçusu ilə birdən vidalaşıb