Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən Sabunçu rayonunda yerləşən 307 saylı tam orta məktəbdə "ustad dərsi" təşkil olunub.
Apasport.az ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, "ustad dərsi" zamanı milli üzvləri, müxtəlif beynəlxalq yarışların qalibləri Vüqar Talıbov və Ömər Rəcəbli, kata yığmasının cüdoçusu Əmrah Əhmədov müxtəlif fəndləri uşaqlara və yeniyetmələrə nümayiş etdirib.
Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənib və tətbiq etməyə çalışıblar.
Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallara düzgün cavab verənlərə müxtəlif hədiyyələr təqdim edilib.
- Cüdo üzrə yeniyetmələr arasında Liqa yarışının II turu başa çatıb
- Bakı Şəhər Halqası Azərbaycan Qran-prisi üçün son hazırlıqlarını tamamlayır
- Gənclər Liqası: “Qarabağ” böyük hesabla məğlub oldu - YENİLƏNİB
- Ziyeş niyə "Qalatasaray"dan ayrılmaq istəyir? - Şok İddia
- Güləş üzrə ölkə çempionatı başa çatıb