Cüdoçumuz ikiqat dünya çempionu olub
29.08.2024 - 09:34
Azərbaycanın yeniyetmə cüdoçuları Perunun paytaxtı Limada keçirilən dünya çempionatının ilk günündə iki medal qazanıblar.
Apasport.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan Nihad Məmişov bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib çıxıb.
2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə də eyni uğura imza atan N. Məmişov ikiqat dünya çempionu olub.
Məhəmmədəli Hüsiyev (50 kq) isə yarışda bürünc medal əldə edib.
Qeyd edək ki, turnir sentyabrın 1-də başa çatacaq.
- "Turan Tovuz" Petkovu göndərdi
- AGF rəsmiləri Hərbi İnstitutda görüş keçiriblər
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
- Tahir Gözəl: "Əminəm ki, "Liverpul"u, PSJ-ni Bakıda qəbul edəcəyik"
- UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən futzal yarışı başa çatıb
0
0