Millimiz İspaniyaya yollanır
28.06.2024 - 16:22
Cüdo üzrə Azərbaycan yığması İspaniyaya yollanır.
Apasport.az xəbər verir ki, iyulun 2-də Benidorm şəhərində Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə təlim-məşq toplanışı start götürəcək.
Hazırlıq prosesində təkcə Avropa deyil, Asiya və Amerika qitəsindən də yığmaların da iştirakı gözlənilir. Hazırlığın özəlliyi Olimpiada öncəsi sonuncu beynəlxalq toplanış olmasıdır. Benidormdakı təlim-məşq toplanışı iyulun 6-dək davam edəcək.
Qeyd edək ki, cüdo millimiz bunadək Xorvatiyanın Poreç şəhərində hazırlıq keçib.
- "Çelsi"də Poçettinonun yerinə iki əsas namizəd var
- Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
- Türkiyəli məşqçidən gözlənilməz qərar: "Santyaqo Bernabeu"da məşq etməyəcəklər
- ACF məşqçilər üçün seminar və imtahan təşkil edib
- Millimiz Rusiya ilə yoldaşlıq oyunları keçirəcək
0
0