Tomas Müller qərarını verdi
21.11.2023 - 16:36
“Bavariya”nın futbolçusu Tomas Müller gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, bunu almaniyalı hücumçunun özü açıqlayıb.
Tomas karyerasını bitirmək haqqında düşünmür: “Mən 2024-cü ildən sonra da oynamaq istəyirəm. Hələ futboldan zövq alıram. Ümid edirəm ki, bu, hiss olunacaq səviyyədədir”.
Qeyd edək ki, Müllerin Münhen klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. O, Almaniya klubunda keçirdiyi 680 oyunda 237 qol və 261 assistə imza atıb.
- "Krasnodar" 120 milyona yarımmüdafiəçi alır
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
- Norveç 27 ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb
- “Fənərbaxça”da yeni futbolçu
- Juninyo rəsmən ”Flamenqo”da
0
0