Qar voleybolu üzrə Azərbaycan çempionatının finalçıları bəlli olub.
Apasport.az xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzində təşkil olunan çempionatın ikinci günündə yarışın növbəti turunun oyunları keçirilib.
Bu qarşılaşmalardan sonra komandaların topladığı yekun xallar (Dairəvi sistem üzrə) bəlli olub.
Beləliklə, qadınların mübarizəsində “Azərreyl” 9 xalla turnir cədvəlində birinci, “Murov Az Terminal” 5 xalla ikinci, “Gəncə” və U-21 komandaları isə hərəyə 2 xalla üçüncü və dördüncü yerləri bölüşürlər. Kişi komandaları arasında isə 8 xalla “Azərreyl” birinci, 7 xalla “Murov Az Terminal” ikinci, 3 xalla U-21 komandası üçüncü, xalı olmayan “Gənclər” komandası isə dördüncü olub.
Reqlamentə görə, ilk iki pillənin sahibləri çempionluq, 3-cü və 4-cü yeri tutan komandalar isə üçüncülük uğrunda oynayacaqlar.
Oyunların nəticələri
26 yanvar
Qadınlar
“Azərreyl” - “Gəncə” 2:0 (15:12, 15:12)
“Murov Az Terminal” - U-21 2:1 (17:19, 15:12, 15:11)
Kişilər
“Azərreyl” - U-21 2:0 (15:8, 15:12)
“Murov Az Terminal” - “Gənclər” 2:0 (15:5, 15:6)
Əvvəlki turların nəticələri
25 yanvar
Qadınlar
“Azərreyl” - U-21 2:0 (15:7, 15:4)
“Murov Az Terminal” - “Gəncə” 2:0 (16:14, 15:13)
“Azərreyl” - “Murov Az Terminal” 2:0 (15:10, 15:9)
“Gəncə” - U-21 2:1 (13:15, 15:12, 15:7)
Kişilər
“Azərreyl” - “Gənclər” 2:0 (15:3, 15:6)
“Murov Az Terminal” - U-21 2:1 (15:7, 12:15, 15:6)
“Azərreyl” - “Murov Az Terminal” 2:1 (9:15, 15:10, 15:11)
U-21 - “Gənclər” 2:0 (15:6, 15:6)
26 yanvar
3- cü yer uğrunda oyunlar
14:30. “Gəncə” - U-21 (qadınlar)
15:15. U-21 - “Gənclər” (kişilər)
Final
16:00. “Azərreyl” - “Murov Az Terminal” (qadınlar)
16:45. “Azərreyl” - “Murov Az Terminal” (kişilər)
- Universiada və Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş idmançılar mükafatlandırılacaq
- İlham Əliyevin nəvələri Messi ilə görüşüblər
- Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə master klass başa çatıb
- Rəhim Həsənov hakimləri haqlı çıxardı - VİDEO
- Azərbaycanın 11 boksçusu "Böyük İpək Yolu" turnirində finala yüksəlib