Qazaxda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
29.04.2026 - 15:03
Mayın 3-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Qazaxda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Apasport.az xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.
- Kristian Avram: "Biz kiməsə nəyisə sübut etmək məcburiyyətində deyilik"
- AHİTA ilə Azərbaycan Velosiped İdmanı Federasiyası arasında görüş baş tutub
- Super Liqa: “Qalatasaray”dan darmadağın
- Saşa Boey “Qalatasaray”a qayıdır - İSTANBULA GƏLDİ - YENİLƏNİB
- FIDE reytinqi: Şəhriyar Məmmədyarov 2, Ülviyyə Fətəliyeva 23 pillə irəliləyib
0
0